Kevin De Brüyne “Mançester Siti” ilə müqaviləsini uzatmaq niyyətindədir

1 Dekabr 2020 16:27 (UTC+04:00)

İngiltərənin “Mançester Siti” futbol klubunun belçikalı yarımmüdafiəçisi Kevin De Brüyne komandası ilə müqaviləsini uzatmaq niyyətindədir.

SİA xəbər verir ki, 29 yaşlı belçikalı yarımmüdafiəçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanacaq.

Qeyd edək ki, De Brüynenin Mançester təmsilçisi ilə hazırkı müqaviləsi 2023-cü ilin yayınadəkdir. Belçikalı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada keçirdiyi 8 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib