Uesli So Maqnus Karlseni məğlub edərək “Skilling Open” superturnirinin qalibi olub

1 Dekabr 2020 16:21 (UTC+04:00)

“Skilling Open” onlayn şahmat superturnirinin qalibi müəyyənləşib.

SİA xəbər verir ki, finalda norveçli dünya çempionu Maqnus Karlsen və amerikalı Uesli So üz-üzə gəliblər. Bu mərhələdə birinci və ikinci matçlar heç-heçə başa çatdığından şahmatçılar tay-brekdə qarşılaşıblar. Həlledici mərhələdə N.Karlseni 1,5:0,5 hesabla məğlub edən U.So turnirin qalibi olub. İdmançı qalib olmaqla, həm də turnirin baş mükafatını – 30 min dolları qazanıb.

Yarışa qatılan Azərbaycan qrossmeysteri Teymur Rəcəbov dörddəbir finalda çıxışını dayandırıb.

Turnir “Champions Chess Tour” seriyasına aiddir və mükafat fondu 1,5 milyon dollardır.