“Gimnastika hamı üçün” adlı vebinar təşkil olunacaq

1 Dekabr 2020 16:14 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyası (AGF) dekabrın 9-11-də ödənişsiz əsaslarla “Gimnastika hamı üçün” adlı məlumat xarakterli vebinar təşkil edəcək. SİA AGF-ə istinadla xəbər verir ki, vebinarda iştirakçılara “Gimnastika hamı üçün” haqda ümumi məlumat veriləcək və ölkə ərazisində onun inkişaf imkanları müzakirə olunacaq.

Vebinar “Gimnastika hamı üçün” üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva və məşqçisi Ruslan Eyvazov tərəfindən keçiriləcək.

Vebinarda “Gimnastika hamı üçün” üzrə məşqçilik etmək arzusunda olan şəxslər iştirak edə bilərlər. İştirakçıların minimum yaş həddi 15-dir.