“Daşnaksütyun” üzvü aclığa dözmədi

1 Dekabr 2020 15:51 (UTC+04:00)

Katolikosun ziyarətindən sonra “Daşnaksütyun” partiyasının nümayəndəsi Qeqam Manukyan aclıq aksiyasına son qoyub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Manukyan özünün Facebook səhifəsində elan edib.

"Daşnaksütyun" nümayəndəsi bildirib ki, Ermənistanın hazırkı hökumətinə qarşı mübarizə fərqli metod və üsullarla davam edir.

Qeyd olunur ki, "Daşnaktsutyun" partiyasının nümayəndəsi Qeqam Manukyan, aksiyanın 9-cu günü aclıq aksiyasına son qoyub.

Xatırladaq ki, bir qədər əvvəl Manukyan, Ermənistan baş naziri Nikol Paşinyanın istefasını tələb edərək hökumət binası yaxınlığında aclıq aksiyası keçirməyə başlamışdı. Daha sonra ona Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi, bu yaxınlarda vəzifədən azad edilmiş Müdafiə nazirinin müavini Qabriel Balayanın atası Kim Balayan və daha bir neçə nəfər də qatılıb.

Nəzərə çatdıraq ki, Manukyan əvvəllər bütün ermənilərin katolikosu II Qareginin ziyarəti, onların uzun müddət söhbət etdikləri, siyasi mübarizənin başqa yolları və vasitələri olduğu üçün aclıq aksiyasına son qoymaları tələblərini diqqətə çatdırıb.

“Katolikosun müraciətini rədd etmək bizim üçün çətin idi. Bu gündən etibarən silahdaşlarımızla birlikdə aclığı dayandırırıq və mübarizəni davam etdiririk. Yeni gün, yeni mübarizə”, deyə “Daşnaksütyun”, təmsilçisi yazıb.
Manukyan sonrakı hərəkətlərini və addımlarını daha sonra təqdim edəcəyini də bəyan edib. Qeyd edib ki, “Daşnaksütyun” partiyası və digər 16 siyasi qüvvələr Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra baş nazirin istefasını tələb etməkdə davam edir.