AFFA iki kluba və futbolçulara cəza kəsdi

1 Dekabr 2020 15:45 (UTC+04:00)

AFFA İntizam Komitəsi "Keşlə" klubunun futbolçusu İlkin Qırtımovu 4 oyunluq cəzalandırıb. SİA-nın məlumatına görə, səbəb onun Premyer Liqanın XI turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduqdan sonra hakimlər briqadasını təhqir etməsidir. "Keşlə"yə bununla əlaqədar 3200 manat ödəməli olacaq.

Komandanın digər üzvü Con Kamara ikinci sarı vərəqə ilə cəlandırılıb və meydandan qovulub. Afrikalı futbolçuya 1 oyunluq cəza, kluba isə 200 manat cərimə tətbiq edilib.

"Qəbələ" və "Sumqayıt" klublarına isə 800 manat məbləğində cərimə kəsilib. Hər iki komandanın 4 oyunçusu "Qəbələ"nin 1:0 hesabı ilə qələbə qazandığı matçda sarı vərəqə alıb.