PFL "Qarabağ"ın müraciətinə görə təqvimi dəyişdi

1 Dekabr 2020 15:35 (UTC+04:00)

Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb.

SİA-nın məlumatına görə, Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən Ağdam təmsilçisi vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə dekabrın 6-da saat 14:00-da baş tutacaq səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.

“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.

6 dekabr

“Qarabağ” – “Qəbələ”

“Azersun Arena”, saat 14:00

6 mart

“Qəbələ” - “Qarabağ”

Qəbələ şəhər stadionu