Rusiyalı pilot "Formula 1" komandasına keçib

1 Dekabr 2020 15:31 (UTC+04:00)

"Formula 2" pilotu Nikita Mazepin karyerasını "Formula 1"də davam etdirəcək.

SİA yarışın rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı rusiyalı sürücü "Haas" ilə müqavilə imzalayıb.

Mazepin "Formula 1" tarixində Vatali Petrov, Daniil Kvyat və Sergey Sirotkindən sonra 4-cü rusiyalı pilot olub.