Türkiyə ilə Rusiya arasında Qarabağda birgə mərkəzin yaradılması barədə müqavilə imzalanıb

1 Dekabr 2020 14:17 (UTC+04:00)

Türkiyə Müdafiə Nazirliyi, Ankara və Moskvanın mərkəzin erkən fəaliyyət göstərməsinə başlamaq üçün çalışmalarını davam etdirəcəklərini bildirib

Türkiyə və Rusiya Qarabağda atəşkəs rejimi üçün ortaq bir monitorinq mərkəzi yaratmaq üçün bir müqavilə imzalayıblar. SİA xəbər verir ki, bu Türkiyə Müdafiə Nazirliyi məlumat verib.

"Türkiyə-Rusiya ortaq mərkəzinin təməlləri və prinsipləri ilə əlaqəli texniki detallar üzrə danışıqlar tamamlanıb və bir razılaşma imzalanıb. Ortaq mərkəzin erkən fəaliyyətə başlaması üçün lazımi işlər aparılır"- deyə nazirlikdən bildirilib.

Türkiyə tərəfi imzalanmış müqavilənin təfərrüatlarını açıqlamayıb.

Elçin