Azərbaycan XİN-dən Laçın paylaşımı

1 Dekabr 2020 14:04 (UTC+04:00)

“Geri qayıtdıq, Laçın, sən artıq işğal altında deyilsən! Bu əlamətdar gündə Azərbaycan xalqını, xüsusilə Laçından olan minlərlə məcburi köçkünü təbrik edirik”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitterində yazılıb.

“Laçın bizimdir, Qarabağ Azərbaycandır!”, - tvitdə vurğulanıb.