Ağır qəza: ölən və yaralı var

1 Dekabr 2020 13:32 (UTC+04:00)

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 30-da saat 17 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində şəhər sakini N.Rzayevanın idarə etdiyi “Chevrolet” və Goranboy rayon sakini Orxan Aslanovun idarə etdiyi “VAZ-2102” markalı avtomobillər toqquşub. Nəticədə O.Aslanov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.