Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzi qurulur - QARABAĞDA

1 Dekabr 2020 13:26 (UTC+04:00)

Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimini nəzarətdə saxlamaq məqsədilə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında noyabrın 11-də vedeoformatla imzalanan anlaşma əsasında başlanan danışıqlar yekunlaşıb.

SİA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Türkiyə-Rusiya Birgə Müşahidə Mərkəzinin qurulması və fəaliyyəti ilə bağlı texniki məsələlərin həllinə dair danışıqlar başa çatıb və müvafiq sənəd imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün mühüm işlər görülür.