Laçını tərk edənlər ah-nalədə ŞOK-GÖRÜNTÜLƏR

1 Dekabr 2020 13:01 (UTC+04:00)

Dünən gecə saat 12:00 radələrinə qədər artıq erməni əsilli əhalinin Azərbaycan ərazisi olan Laçın rayonunu da tərk etməsi ilə bağlı danışıqlarda da razılıq əldə olunmasına baxmayaraq burada məskunlaşan ermənilər ərazini tərk edərkən də öz xislətlərini göstəriblər. SİA sosial şəbəkələrdə yayılan informasiyalara, videogörüntülərə istinadən xəbər verir ki, Laçını tərk edərkən ermənilərin, ələlxüsus erməni qadınlarının ah-nalələri ətrafa yayılıb.

Bildiyimiz kimi, Dağlıq Qarabağ və ətraf rayonları tərk edərkən ermənilər öz evlərini yandırır, yaşayış məntəqələrindəki bütün ağacları kəsir, meşələri yandırır, hətta ev heyvanlarını da vəhşicəsinə tələf edirdilər. Bu faktlara daha çox Kəlbəcər rayonunun ərazilərini, ardınca da Ağdam rayonunun ərazilərini ermənilər tərk edərkən rast gəlinib. Yaşadıqları əraziləri yandırıb, dağıdıb, məhv edib sonra əraziləri tərk etmələri əlbəttə ki, erməni xislətinin mahiyyətindən xəbər verir və bu xislət artıq bəllidir. Terrorçuluqla, işğalçılıqla yanaşı, barbarlıq, vəhşilik məhz erməni xislətinə aiddir ki, bunun da bu vaxta qədər hər kəs şahidi olub.

Məsələ burasındadır ki, Laçını tərk edən ermənilərin təkcə yanğınlar, dağıntılar, təbiətə, fauna və floraya zərbə vurmaqla ürəkləri soyumayıb. Erməni qadınlar Laçını ah-nalə ilə tərk ediblər və dizlərinə döyən, vay-şüvən qoparan erməni qadınların videogörüntüləri şosial şəbəkələrdə də yayılıb.

Həmin görüntüləri təqdim edirik: