Lüis Hemilton koronavirusa yoluxdu

1 Dekabr 2020 11:59 (UTC+04:00)

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" pilotu Lüis Hemilton koronavirusa yoluxub. SİA yarışın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 35 yaşlı sürücünün testi müsbət nəticələnib.

Hemilton bu səbəbdən həftəsonu keçiriləcək Bəhreyndə keçiriləcək Qran-prini buraxacaq.

Qeyd edək ki, Lüis Hemilton karyerasında 7-ci dünya çempionluğunu rəsmiləşdirib.