Premyer Liqa klubu koronavirusa görə məşq bazasını bağladı

1 Dekabr 2020 11:26 (UTC+04:00)

Futtbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl" klubu məşq bazasını bağlayıb.

SİA BBC-yə istinadən xəbər verir ki, buna əsas komandada bəzi şəxslərin koronavirusa yoluxması səbəb olub.

Klubun üç futbolçusunda və bir işçisində testin nəticəsi müsbət çıxıb.

"Nyukasl" məşqlərin nə vaxt bərpa ediləcəyini açıqlamayıb.