Mərkəzi Gömrük Hospitalının youtube kanalında həkimlərin faydalı məsləhətlərini dinləyin

1 Dekabr 2020 11:05 (UTC+04:00)

COVİD-19 virusunun Azərbaycanda geniş yayıldığı bu dövrdə insanların bu sahədə maarifləndirilməsi çox mühüm əhəmiyyət daşıyır. Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimləri müxtəlif Azərbaycan televiziyaların verilişlərində COVİD-19 virusuna qarşı mübarizə mövzusunda çıxışlar edirlər. Mərkəzi Gömrük Hospitalının youtube kanalına abunə olmaqla, həkimlərin televiziyalarda iştirak etdikləri verilişlərdəki çıxışlarını, faydalı məsləhətlərini, müsahibələrini və canlı yayımda çıxışlarını dinləyə bilərsiniz. Youtube kanalının linki:

https://www.youtube.com/channel/UCop4ttAaeweLhl2XgmozH_A

Youtube kanalında yeni növ koronavirusla mübarizə mövzusu ilə yanaşı, tibbin digər sahələrini də əhatə edən aktual xəstəliklər və onların müalicə yollarından bəhs edən videosüjetləri də izləyə bilərsiniz.