“OPEC plus” nazirlərinin görüş vaxtı dəyişdirilib

1 Dekabr 2020 11:04 (UTC+04:00)

Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan “OPEC plus” ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib. SİA-nın xəbərinə görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək. Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.