Yəməndə son 5 ildə silahlı toqquşmalarda 233 min nəfər ölüb

1 Dekabr 2020 10:55 (UTC+04:00)

Yəməndə 5 il ərzində münaqişənin gedişi nəticəsində 233 min nəfər həlak olub. SİA-nın xəbərinə görə, məlumatı BMT-nin Humanitar məsələlər üzrə ali komissarının idarəsi yayıb. “Yəməndə münaqişə nəticəsində artıq 233 min qurban var. Bu, çox təəssüfləndirici qəbuledilməz rəqəmdir”, - idarədən bildirilib. Qeyd edək ki, Yəməndə 2014-cü ildən İranın dəstəklədiyi husi qiyamçıları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalar davam edir.