Biləsuvarda yanğın baş verib

1 Dekabr 2020 10:48 (UTC+04:00)

Biləsuvar rayonunun Bağbanlar kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və damına yığılan 6 ton ot bağlamasının 4,5 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürlüb.