Bakıda kommunal tipli binada yanğın olub

1 Dekabr 2020 10:17 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Naziriyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli kommunal tipli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.