Bayden Viskonsin ştatında qalibdir

1 Dekabr 2020 08:14 (UTC+04:00)

ABŞ-ın Viskosnin ştatının qubernatoru Toni Evers prezident seçkilrəinin nəticələrini açıqlayıb, bununla da Demokrat Cosef Baydenin qalib olmasını təsdiq edib. SİA-nın məlumatına görə, bu barədə qubernator öz "Twitter" səhifəsində yazıb.

T.Evers qeyd edib: "Bu gün vəzifə borcumu yerinə yetirirəm və 3 noyabr seçkilərinin nəticələrini təsdiqləyirəm və federal və ştatın qanunvericiliyin tələb etdiyi kimi seçilmiş prezident Cozef Bayden və vitse-prezident Kamala Harris üçün seçkici siyahisinin təsdiqi səhadətnaməsini imzaladım".