Braziliyada son sutkada 21 138 nəfər koronavirusa yoluxdu

1 Dekabr 2020 07:37 (UTC+04:00)

Braziliyada son sutka ərzində daha 21 138 nəfərin koronavirus infeksiyasına yoluxması, 287 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 6 335 878 nəfər yoluxub. Bu müddət ərzində 173 120 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 5 601 804 xəstə müalicə olunaraq sağalıb.