Türkiyənin Müdafiə Nazirliyi Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

1 Dekabr 2020 01:35 (UTC+04:00)
Türkiyənin Milli Müdafiə Nazirliyi işğal altında olan Laçın rayonuna Azərbaycan Ordusunun daxil olması ilə bağlı paylaşım edib. SİA xəbər verir ki, nazirliyin "Twitter" səhifəsində qeyd olunur: "Qardaş Azərbaycan Qarabağda əldə edilən böyük qələbədən sonra işğal altındakı torpaqlarını qaytarmağa davam edir. Qəhrəman Azərbaycan Ordusu Ağdam və Kəlbəcərdən sonra indi də Laçına girdi". Paylaşımda #QarabağAzərbaycandır həştəqi də qoyulub.