Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər

30 Noyabr 2020 22:27 (UTC+04:00)

Bir sıra dövlətlərin hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.

Nazirlər Kabinetinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Rusiya Federasiyasının, Ukraynanın, Qazaxıstan Respublikasının, Belarus Respublikasının və Moldova Respublikasının hökumət başçıları Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.