"Qəbələ" "Sumqayıt"la görüşdən 3 xalla ayrılıb - Yenilənib

30 Noyabr 2020 17:55 (UTC+04:00)

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun son oyunu keçirilib.

SİA xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Matç meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, noyabrın 28-i keçirilməsi nəzərdə tutulan sözügedən matç qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınmışdı.

30 noyabr (bazar ertəsi)

16:00. "Sumqayıt" - "Qəbələ" - 0:1
Qol: Utriq, 16
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
"Kapital Bank Arena"

29 noyabr (bazar)

16:00. “Səbail” – “Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 57-pen.(1:0), Donald Gerye, 64 (1:1)
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
“ASCO Arena”

14:00. “Keşlə” – “Sabah” - 1:1
Qollar: Kubemba, 60 (0:1), Meza Kolli, 85
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov
“ASK Arena”

28 noyabr (şənbə)

16:00. "Neftçi" – "Zirə" - 0:0
“Bakcell Arena”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə

N Klublar O Q H M T-F X
1 Qarabağ 10 5 4 1 27-7 19
2 Zirə 11 5 4 2 12-9 19
3 Neftçi 11 5 3 3 11-13 18
4 Sumqayıt 11 4 3 4 13-16 15
5 Keşlə 11 3 4 4 12-16 13
6 Qəbələ 11 2 5 4 9-18 11
7 Sabah 11 3 1 7 11-14 10
8 Səbail 10 2 4 4 11-13 10