Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

30 Noyabr 2020 18:26 (UTC+04:00)

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib. SİA-nın məlumatına görə, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Teymur Hacıyev Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərirdi.