Millimizin qapıçısı koronavirusa yoluxdu

30 Noyabr 2020 16:43 (UTC+04:00)

Azərbaycan milli komandasının və "Sumqayıt"ın oyunçusu Mehdi Cənnətovun Premyer Liqanın XI turunda "Qəbələ" ilə oyunun iştirak ərizəsinə salınmamasının səbəbi məlum olub. SİA-nın əldə etdiyi məlumata görə, 28 yaşlı qapıçıda koronavirus aşkarlanıb. Test nəticəsi müsbət çıxan təcrübəli qolkiper karantinə alınıb.

Cənnətov yığmanın son toplanışında zədə səbəbindən iştirak etməyib.

Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə virusa yoluxub.