“Qəbələ” – “Qarabağ” matçının vaxtı açıqlandı

30 Noyabr 2020 16:39 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli bəlli olub. SİA xəbər verir ki, tura dekabrın 5-də keçiriləcək "Keşlə" - "Səbail" matçı ilə start veriləcək.

XII tur dekabrın 6-da “Zirə” – “Sumqayıt” görüşü ilə başa çatacaq. Həmin gün "Qəbələ" son çempion "Qarabağ"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, XII tur

5 dekabr (şənbə)

14:00. “Keşlə” – “Səbail”
“ASK Arena”

16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

6 dekabr (bazar)

14:00. “Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu