“Paşinyan "ümummilli fəlakət" sayılır” Levon Ter-Petrosyan

30 Noyabr 2020 16:29 (UTC+04:00)

Levon Ter-Petrosyan Paşinyanın postuna sərt reaksiya verib və Ermənistanın ilk prezidenti baş nazir Nikol Paşinyanı "ümummilli fəlakət" adlandırıb və qeyd edib ki, onun sərsəm bəyanatlarını, danışıqlarını, ifadələrini şərh etməyin də mənası yoxdur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, işğalçı ölkənin ilk prezidentinin bu sözlərini Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazaraq, paylaşıb.

Məlumatda qeyd olunduğuna görə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan hesab edir ki, baş nazir Nikol Paşinyanın özünə haqq qazandırmaq şansı yoxdur və erməni xalqı onu heç vaxt bağışlamayacaq.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan eks prezidentlər Levon Ter-Petrosyan və Robert Köçəryanın Moskvaya uğursuz səfərə hazırlaşdəqıarı barədə danışmışdı. Paşinyana görə, Vladimir Putinin keçmiş prezidentləri xüsusi elçi olaraq qəbul etməsi üçün ona vasitəçi rolunu oynamağı təklif ediblər, amma razılaşmayıb.

Prezident Ter-Petrosyan isə öz növbəsində, milləti məhvə aparan bu “milli fəlakətin” xəstə, axmaq fikirlərinə münasibət bildirməyi də mənasız saydığını bəyan edir.

“İstədiyini danışsın. Eyni şəkildə özünə haqq qazandırmaq üçün zərrə qədər şansı yoxdur. Erməni xalqı onu heç vaxt bağışlamayacaq”, deyə Musinyan öz social şəbəkə hesabında yazıb.

Bundan əvvəl, Ermənistanın ikinci prezidentinin aparat rəhbəri Viktor Soqomonyan Sputnik Armeniaya verdiyi müsahibəsində Paşinyanın vəzifəsinin yalan və saxtakarlıq qarışığı olduğunu bildirmişdi.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanın Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Moskvaya gedəcəyi bildirilib. Qondarma rejimin əvvəlki rəhbərləri Arkadi Qukasyan və Bako Saakyan, oktyabrın 20-də baş nazir Nikol Paşinyanla görüşdə, Ermənistanın keçmiş liderlərinin Rusiyadakı elitanın nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə etmək və mövcud vəziyyətdən çıxış yolu üçün konkret təkliflər hazırlamaq üçün Moskvaya getmək istədiklərini ona bildiriblər. Paşinyanın mətbuat katibi Mane Qevorqyan, baş nazirin bu təkliflə razılaşdığını, lakin sonradan Köçəryana koronavirus diaqnozu qoyulduğunu söyləyib.