Roman Qrojanı Formula 1 Sahir Qran-Prisində Petro Fittipaldi əvəz edəcək

30 Noyabr 2020 16:27 (UTC+04:00)

“Haas” komandası Formula 1 Sahir Qran-Prisi üçün heyətinə açıqlayıb. SİA xəbər verir ki, ötən gün Bəhreyn Qran-Prisində zədələnən Roman Qrojan növbəti yarışda iştirak etməyəcək. Onu Petro Fittipaldi əvəz edəcək.

P.Fittipaldi Formula 1 üzrə ikiqat dünya çempionu Emerson Fittipaldinin nəvəsidir.

Formula 1 Sahir Qran-Prisi dekabrın 6-da Bəhreyndə təşkil olunacaq.

Qeyd edək ki, mövsümün 15-ci yarışında "Haas" komandasının pilotu R.Qrojan birinci dövrədə qəza törədib. Belə ki, sürətlə trasın kənarındakı səddə çırpılan bolid iki yerə ayrılaraq alışıb. Fransalı pilot yanıq xəsarətləri alıb.