Ermənistan təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı artdı - 98

30 Noyabr 2020 16:22 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb. Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 93 nəfər ermənilərin atdığı raket nəticəsində, 5 nəfər isə mina partlayışından dünyasını dəyişib.

Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 410, mina partlayışı nəticəsində isə 4 nəfər xəsarət alıb.