Türkiyənin “Ərzurumspor” klubu baş məşqçisi ilə yollarını ayırıb

30 Noyabr 2020 16:18 (UTC+04:00)

Türkiyənin “Ərzurumspor” futbol klubu baş məşqçisi Mehmet Özdileklə yollarını ayırıb. SİA xəbər verir ki, Super Liqanın 10-cu turunda “Antalyaspor”la 2:2 hesablı bərabərliyə razılaşan komanda cari mövsümdə cəmi 9 xal toplayıb və 21 kollektiv arasında 17-cidir.

Qeyd edək ki, M.Özdilek “Ərzurumspor”u bu ilin mart ayından etibarən çalışdırırdı.