Azərbaycan karateçisi beynəlxalq turnirin qalibi oldu FOTOLAR

30 Noyabr 2020 16:10 (UTC+04:00)

Azərbaycan karateçisi İrina Zaretska Xorvatiyada keçirilmiş "Top Ten" beynəlxalq turnirin qalibi olub.

SİA xəbər verir ki, 24 yaşlı idmançı finalda Montenqro təmsilçisi Marina Rakoviçi məğlub edib.

Karateçilər hər ilin sonunda bu yarışda xüsusi dəvətlə iştirak edirlər. Yüksək nəticəsi olan seçilmiş idmançılar bir dövrə görüşərək aralarında ən güclünü təyin edirlər.

Bir növ şou xarakteri də daşıyan "Top Ten" turnirinin qalibinə kubokdan başqa pul mükafatı təqdim olunur.