Dağıdılmış qəbiristanlıqlar, tövləyə çevrilmiş məscidlər... - Fransalı fotoqraf Rza Diqqətinin gözü ilə

30 Noyabr 2020 14:25 (UTC+04:00)

Mədəni, mənəvi, dini irsə qarşı təcavüz qəbuledilməzdir. Son bir neçə gün ərzində mən Qarabağda dağıdılmış qəbiristanlıqlar, yandırılmış evlər və tövləyə çevrilmiş məscidlər gördüm. SİA-nın məlumatına görə, bunu İran əsilli fransalı fotoqraf Rza Diqqəti öz "Facebook" səhifəsində yazıb.

Ağdam rayonundakı dağıntıların şəkillərini paylaşan fotoqraf 18-ci əsrə aid məscidin inək saxlama üçün istifadə olunduğunu bildirib: "Bölgəni tərk etməzdən qabaq işğalçı apara bildiyini götürüb və məscidi yandırıb. Bərpa və rekonstruksiya uzun bir proses olacaq".