İraqda neftayırma müəssisəsinə raket atılıb

30 Noyabr 2020 14:17 (UTC+04:00)

İraqın Səlahəddin regionundakı neft emalı müəssisəsinin yanacaq anbarına raket atılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük neft emalı müəssisəsinin yerləşdiyi Bayci şəhərindən cənub-qərbdə yerləşən həmin ərazidə baş verən hadisə nəticəsində yanğın baş verib. Bu barədə ölkənin Neft Nazirliyi açıqlama verib.

Hadisə yerinə yanğın xidməti bölmələri cəlb edilib, yanğın bir neçə saata söndürülüb.

Bu hücumun məsuliyyətini üzərinə götürən İŞİD müəssisəyə iki ədəd “Katyusha” raketi atdıqlarını bildirib.