Rusiyanın Saxa Respublikasında subasma baş verib. SİA-nın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə görə, Lena çayının məcrasından çıxması nəticəsində Namskiy rayonunun Edeytsi yaşayış məntəqəsində 108 yaşayış evi su altında qalıb. Subasma barədə əhali əvvəlcədən məlumatlandırılıb. Təhlükəli ərazilərdən təxminən, 1100 sakinin təxliyyəsi həyata keçirilib.
Ölən və xəsarət alan yoxdur. Hazırda Lena çayında suyun səviyyəsi qalxmaqda davam edir. Bu səbəbdən çayın digər ərazilərdən keçən hissəsində növbəti bir neçə gün ərzində daşqının baş verəcəyi istisna olunmur. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.