Azərbaycan atıcısı Ruslan Lunyov açıq Polşa turnirdə qızıl medal qazanıb

30 Noyabr 2020 14:02 (UTC+04:00)

Polşanın Belostok şəhərində güllə atıcılığı üzrə açıq turnirdə Azərbaycan təmsilçisi Ruslan Lunyov qızıl medal qazanıb.

SİA xəbər verir ki, yığma komandamızın üzvü 10 metr məsafəyə atəşaçma yarışında 241,7 xalla birinci yeri tutub.

Qeyd edək ki, R.Lunyov İtaliyanın Bolonya şəhərində keçirilən qitə çempionatında 25 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışının qalibi olmaqla “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.