Murad MTRŞ-ya: "Müğənnilərin olduğu "şəngülüm" verilişlər bitsin"

30 Noyabr 2020 14:14 (UTC+04:00)

Müğənni-bəstəkar Murad Arif MTRŞ-ya səslənib. SİA-nın məlumatına görə, sənətçi verilişlərdəki qeyri-peşəkarlığın yığışdırılmasını istəyib: "MTRŞ, ya müğənni çağırmaq, əyləndirmək və şənləndirmək icazəsini bu ölkədə iki-üç kanala ver. Qalanları kino, xəbər, serial, təbiət, cizgi-film, debat, tarix dərsi göstərsin ancaq... Dost-düşmən baxır, ayıbdır!

Bu yeknəsək, müğənnili, divanlı "şəngülüm" verilişlər tükənmədi? Müğənnilər klip çəksin, konsertlərdə oxusun, maqazin verilişlərində görünsün. Hər mövzuda "hökmən müğənni də gəlsin" formatı 2021-ci il üçün yaramır axı.

İndicə çox pis verilişə baxdım... İştirakçılar, mədəni səviyyə, yumorun səviyyəsi, danışıq qabiliyyəti, guya vətənpərvərlik söhbətləri... Xaos, fars, dəxlisizlik... O qədər pis idi ki...".