Bakıda ağır qəza: ölənlər və yaralı var

30 Noyabr 2020 13:29 (UTC+04:00)

Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 30-da saat 1 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən Ağcabədi rayon sakini Yeganə Məmmədova, Qəbələ rayon sakini Sahil Mustafazadə hadisə yerində ölmüş, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.