“Şaxtyor Soliqorsk” Belarus çempionu oldu

30 Noyabr 2020 13:05 (UTC+04:00)

Futbol üzrə Belarus çempionatına yekun vurulub. SİA xəbər verir ki, çempion sonuncu - 30-cu turun oyunlarında sonra müəyyənləşib. Son turda Soliqorsk “Şaxtyor”u doğma meydanda “Minsk”ə qalib gəlib - 4:2. Bu qələbə ilə Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 59 xalla ölkə çempionu olub.

BATE 58 xalla ikinci, 56 xala malik “Torpedo” isə üçüncü pillədə qərarlaşıblar.

“Şaxtyor” tarixində ikinci dəfə Belarus çempionu olub. Komanda ilk dəfə 2005-ci ildə qızıl medallara yiyələnib.

Xatırladaq ki, Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”ni çalışdırıb.