Bekaryan Paşinyana diaqnoz qoydu: psixdir! İTTİHAM

30 Noyabr 2020 12:55 (UTC+04:00)

“Nikol Paşinyan danışıqları məhv etdi, indi isə həyasızcasına yalan yazır”. SİA xəbər verir ki, bu barədə “Armnews” televiziyasında politoloq Karen Bekaryan Paşinyanın Qarabağla bağlı bəyannaməni imzalamasının səbəbləri barədəki çıxışını şərh edərkən deyib. “O, kimi axmaq hesab edir? Məgər o nə ilə müqayisə etdiyini anlamır?”, deyə Bekaryan sual edib.

Paşinyanın 2018-ci ildə Qarabağ məsələsinin dalana dirənməsi ilə bağlı fikirlərinə toxunan erməni politoloq deyib: “Bu, növbəti həyasız yalandır, çünki onun özü şəxsən danışıqlar prosesini dalana dirəyib, birincisi – lift razılaşmasıdır. Bundan sonra Azərbaycan Naxçıvan da daxil olmaqla bütün sərhəd boyu öz mövqelərini yaxşılaşdırdı. Sən isə (Paşinyana xitabən) heç nə edə bilmədin, çünki bacarmırdın. Biz bir ildən çoxdur ki, ictimaiyyətə izah edirik ki, bu cür düşünülməmiş razılaşmalar, hətta həyatları qurtarsa da, müvəqqəti xarakter daşıyır, çünki digər tərəf hazırlaşır”.

Erməni politoloq: "Belə olan halda diplomat nəyə söykənməlidir, biz nəyə görə mübarizə aparırdıq?"

“İkincisi, sən bütün danışıqlar prosesindəki gedişləri sarsıdırsan və anidən, hazırlaşmadan, məsləhətləşmədən bəyan edirsən ki, Dağlıq Qarabağı təmsil edə bilməzsən. Öz düşüncənlə “dağıdıcı” inqilab həyata keçirəndə, qarşı tərəf bundan istifadə etdi”, deyən Bekaryan Paşinyanın bir az da qabağa gedərək, Qarabağdakı fikirlərini xatırladıb.

“Üçüncü fəaliyyət – getdin və “Stepanakertin” (dırnaqlar bizimdir) “Dirçəliş” meydanında bəyan etdin ki, “Artsax” Ermənistandır və nöqtə”. Belə olan halda diplomat nəyə söykənməlidir, biz nəyə görə mübarizə aparırdıq? Edilən bəyanatların heç birinin bir-biri ilə bağlılığı olmayıb. Bütün diplomatik korpus, dövlət aparatı iflic oldu”, erməni politoloqu bildirib.

Karen Bekaryan: "Marazm bütün hədləri aşıb”

Bekaryan ölkədə ağılsızlıq paradının getdiyini bildirib və təyin edilən yeni xarici işlər nazirinin bu vəzifəyə necə razı olmasını anlamadığını, bu məsələni öz vicdanına buraxdığını da deyib: “O deyir ki, biz hərbi sferada məğlub olmuşuq, diplomatiyada deyil. Başqa cür desək, marazm bütün hədləri aşıb”.

Karen Bekaryan Araik Arutunyanı da unutmayıb. “Özünü “DQR”in prezidenti adlandıran adam müharibəyə bir neçə gün qalmışa qədər bəyan edirdi ki, hətta status olsa belə biz əraziləri verməyəcəyik, fəqət bu da müharibəyə təhrik deyildisə, bəs nə idi? İndi isə onlar nağıllar danışırlar”, erməni politoloqu bildirib.

"Bu, artıq absurdun zirvəsidir"

Paşinyanın Şuşa haqqındakı interpretasiyasına toxunan Bekaryan bildirib ki, burada üç hissə var: “Bu, səhər mətnidir - onu psixiatrlara vermək lazımdır, çünki bu adam “vətənin” (dırnaqlar bizimdir) bir hissəsini təhvil verməklə, bu qədər qurban verməklə ölkəni elə bir kollapsa gətirib-çıxarıb ki, indi də özü mövqeyinə görə mübarizə aparır. Bu, artıq diqnozdur və bu diaqnozla məşğul olmaq lazımdır. Bunu təhlil etdikdə, səni daha qəti şəkildə xain adlandıranda - bu, artıq absurdun zirvəsidir. "

Karen Bekaryan bildirib ki, Paşinyanın özünün davranış qaydası psixiki xəstəlikdir.

Rövşən RƏSULOV