Ersin Tatar BMT Baş katibinin xüsusi müşaviri ilə görüşəcək

30 Noyabr 2020 12:30 (UTC+04:00)

BMT Baş katibinin Kipr üçün vəzifələndirdiyi müvəqqəti xüsusi müşavir Jane Holl Lute noyabrın 30-da Kiprə səfər edəcək. SİA xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar BMT təmsilçisini dekabrın 1-də qəbul edəcək.

Luteun yunan Kipri idarəçiliyinin başçısı Nikos Anastasiadis ilə də eyni gündə görüşəcəyi gözlənilir. Jane Holl Luteun dekabrın 2-də adadan ayrılaraq Afinaya gedəcəyi gözlənilir. Afinadakı görüşlərindən sonra xüsusi müşavir Nyu Yorka qayıdacaq və Luteun Ankara görüşlərini Avropa Birliyi Şurasının dekabr iclasından sonraya saxlanılacağı bildirilir.