Southamptonda “Qarabağ Azərbaycandır!” şüarı

30 Noyabr 2020 13:05 (UTC+04:00)

Böyük Britaniyanın Southampton şəhərində "Qarabağ Azərbaycandır!" şüarının əks olunduğu bilbord quraşdırılıb. SİA-nın xəbərinə görə, London şəhərində yaşayan həmyerlimiz, “Baku-eto” onlayn jurnalının təsisçisi Kənan Rzayevin təşəbbüsü ilə noyabrın 16-dan quraşdırılan bilbordda "Xarı bülbül" çiçəyi də təsvir olunub. Eyni zamanda, BMT-nin 822, 853, 874, 884 saylı qətnamələri göstərilib.

Noyabrın 30-dan isə britaniyalıların diqqətini Qarabağın Azərbaycana məxsus olduğuna cəlb edəcək analoji bilbord London şəhərində də quraşdırılacaq.