Qonşu ölkədə son sutkada 3 216 nəfər koronavirusa yoluxub, 37 pasiyent ölüb

30 Noyabr 2020 11:28 (UTC+04:00)

Gürcüstanda son sutkada daha 3 216 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 3 937 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 135 584 yoluxma halı təsdiqlənib. Yoluxanların 113 986-sı sağalıb, 1 267-si isə ölüb. Karantin zonalarında 2 104, stasionar nəzarətdə 6 383 nəfər var. 3 857 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.