Bakıda avtomobil yandı

30 Noyabr 2020 10:54 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.