Co Bayden itlə oynadı, ayağını sındırdı

30 Noyabr 2020 10:28 (UTC+04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden ayağını sındırıb. Hadisə C.Bayden iti ilə oynayarkən baş verib.

Həkimlər yeni seçilmiş prezidentin pəncə sümüyünün sınığı diaqnozu qoyub.

Siyasətçi bir neçə həftə ərzində xüsusi ayaqqabıda gəzməli olacaq.

Qeyd edək ki, Co Bayden noyabrın 3-də keçirilmiş prezident seçkilərində qalib gəlib.