Tahir Salahovun xanımı vəfat edib FOTOLAR

30 Noyabr 2020 10:11 (UTC+04:00)

Dünya şöhrətli rəssam Tahir Salahovun həyat yoldaşı Varvara Aleksandrovna Salahova dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Muzey Mərkəzinin direktoru Liana Vəzirova sosial şəbəkədə yazıb.

Varvara Salahova dünən Bakıda dünyasını dəyişib.

Qeyd edək ki, Varvara Salahova ilə nikah Tahir Salahovun ikinci evliliyidir. Bu izdivacdan onların İvan adlı bir oğlu var.

Bu gün 92 yaşı tamam olan fırça ustası "Varvara məktub ilə" portretini həyat yoldaşına həsr edib.