Venesuela prezidenti sosial şəbəkədə özünün mobil telefon nömrəsini paylaşıb

30 Noyabr 2020 07:24 (UTC+04:00)

Venesuela prezidenti Nikolas Maduro özünün telefon nömrəsini paylaşaraq, həmyerlilərindən onu mesencerlərdəki söhbətlərə əlavə etməyə çağırdı.

SİA "lenta.ru"ya istinadən xəbər verir ki, müvafiq məlumat N.Maduronun "Twitter" səhifəsində yerləşdirilib.

N.Maduro vurğulayıb ki, o, "Telegram" və "WhatsApp"da Venesuela ilə bağlı həqiqət uğrunda mübarizəyə qoşulur: "Bu mənim telefon nömrəmdir - 04262168871, məni öz qruplarınıza əlavə edin".