Timsahlar transfer əməliyyatına erkən start verdi
18 May 2011 12:12 (UTC+04:00)
Ötən mövsümün çempionu "Bursaspor" gələn ilin heyətini qurmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, klub rəsmiləri ilk transferin qapıçı olacağını bildiriblər. Bu da öz növbəsində 36 yaşlı qapıçı İvankova artıq alternativ axtarıldığı anlamına gəlir. Yavuz Özkan, 1994-cü il təvəllüdlü Sercan Şən kimi yerli namizədlərlə yanaşı, baş məşqçi Ərtoğrul Sağlamın bir də əcnəbi qapıçı istədiyi məlum olub. Məşqçinin istədiyi qapıçı isə Şotlandiyanın "Qlazqo Reyncers" komandasının qapıçısı Mc Gregordur. Cinah oyunçularından razı qalan məşqçinin Vedersona alternativ olaraq Yenel Tunceri kuluba qazandırmaq haqda istəyi olub. Bununla belə klubdan göndəriləcək oyunçular da bəllidir. Bunalar Mustafa Keçeli, Hüseyn Cimşir, Krita, İnsua, Altidore və Stefanovdur.