"Arsenal" uduzduğu turda “Mançester Yunayted”dən əzmkar qələbə qazanıb

30 Noyabr 2020 01:17 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Səfərdə “Sauthempton”la qarşılaşan “Mançester Yunayted” əzmkar qələbəyə sevinib.

“Arsenal” “Vulverhempton”u qəbul edib. London təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib.

Turun mərkəzi görüşü də Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma meydanda Joze Mourinyonun çalışdırdığı “Tottenhem”lə üz-üzə gəlib. Paytaxt klublarının duelində qol qeydə alınmayıb.

İngiltərə Premyer Liqası

10-cu tur

29 noyabr

Sauthempton – Mançester Yunayted 2:3

Qol: Bednarek, 23. Uord-Prouz, 33 – B.Fernandes, 59. Kavani, 74; 90+2.

Çelsi – Tottenhem 0:0

Arsenal – Vulverhempton 1:2

Qol: Qabriel, 30 – Neto, 27. Podense, 42.

27 noyabr

Kristal Pelas – Nyukasl 0:2

Qol: Uilson, 88. Joelinton, 90.

28 noyabr

Brayton – Liverpul 1:1

Qol: Qross, 90+3-pen – Jota, 60.

Mançester Siti – Bernli 5:0

Qol: Mahrez, 6; 22; 41; 69. Torres, 66.

Everton – Lids 0:1

Qol: Rafinya, 79.

Vest Bromviç – Şeffild Yunayted 1:0

Qol: Qallaxer, 13.

30 noyabr

21:30 Lester – Fulhem

00:00 Vest Hem – Aston Villa