Azər Əliyevin şərəfini qoruduğu “Ufa” rəqibini darmadağın edib

30 Noyabr 2020 00:02 (UTC+04:00)

Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Tambov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 4:0.

Azər də bu görüşün iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.

“Ufa” 16 oyuna topladığı 10 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.